Şriftin ölçüsü :

Saytın rəngi :

Sarıxanlı kəndində şəhid ailəsi yaşayan kənddaxili yol asfaltlanıb

29 avqust 2022 | 11:56
    Ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan sakinlərimizin adının əbədiləşdirilməsi, onların əziz xatirəsini daim yaşatmaq, ailələrinin sosial problemlərinin həlli istiqamətində görülən işlər davam etdirilir. Belə ki, Vətəni ləyaqətlə qoruyaraq şəhadətin zirvəsinə yüksəlmiş şəhid Əsədli Cahid Zahit oğlunun ailə üzvlərinin yaşadığı rayonun Sarıxanlı kəndində kənddaxili yola yeni asfalt örtük salınıb. Sözügedən ərazidə layihəyə uyğun olaraq görülən işlər vaxtında yekunlaşdırılıb və avtomobil yoluna 2650 kv.metr asfalt döşənərək ümumi istifadəyə verilib.
  Qeyd edək ki, hazırda şəhid ailələrinin yaşadıqları ərazilərdə təmirsiz yolların asfaltlanması istiqamətində görülən işlər davam etdirilir.
Keçidlər