Şriftin ölçüsü :

Saytın rəngi :

Sarıxanlı kəndində şəhid ailələri yaşayan digər kənddaxili yollar asfaltlanıb

30 avqust 2022 | 09:51
  İmişli Rayon İcra Hakimiyyəti tərəfindən Vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn sakinlərimizin adlarının əbədiləşdirilməsi, onların ailələrinin və qazilərimizin sosial problemlərinin həlli istiqamətində həyata keçilən layihələr davam etdirilir. Belə ki, Vətən Müharibəsi şəhidləri Musayev Alik Rafiq oğlunun və Şahmarlı Vüsal Mərdan oğlunun ailə üzvlərinin yaşadığı rayonun Sarıxanlı kəndində kənddaxili yollara yeni asfalt örtük salınıb. Görülən işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Sözügedən ərazilərdə torpaq yatağının tikintisi yekunlaşdırıldıqdan sonra avtomobil yollarına 1850 kv.metr yeni asfalt-beton örtüyü döşənərək ümumi istifadəyə verilib.
   Hazırda şəhid ailələrinin yaşadıqları ərazilərdə təmirsiz yolların asfaltlanması istiqamətində görülən işlər davam etdirilir.
Keçidlər