Şriftin ölçüsü :

Saytın rəngi :

Qaraqaşlı və Otuziki kəndində şəhid ailəsi yaşayan küçələr asfaltlanıb

05 sentyabr 2022 | 10:48
 Vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn sakinlərimizin adlarının əbədiləşdirilməsi, onların ailələrinin və qazilərimizin sosial problemlərinin həlli istiqamətində İmişli Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən layihələr davam etdirilir.
 Belə ki, şəhid ailələrinə göstərilən qayğının növbəti ifadəsi olaraq şəhadətin zirvəsinə yüksəlmiş şəhid Şıxıyev Şahəli Əflatun oğlunun ailə üzvlərinin yaşadığı rayonun Qaraqaşlı kəndində və Quliyev Əli Tədbir oğlunun ailə üzvlərinin yaşadığı Otuziki kəndində kənddaxili yollara yeni asfalt örtük salınıb. Görülən işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Sözügedən ərazilərdə torpaq yataqlarının tikintisi yekunlaşdırıldıqdan sonra avtomobil yollarına 3100 kv.metr yeni asfalt-beton örtüyü döşənərək ümumi istifadəyə verilib.
  Qeyd edək ki, İmişli rayonunda şəhid ailələrinin və qazilərin rifah halının yaxşılaşdırılması istiqamətində mütəmadi tədbirlər görülür.
Keçidlər