Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradonlu kəndində vətəndaşlarla səyyar görüş keçirilib

15 noyabr 2022 | 19:30
  İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin noyabr ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü bu gün Qaradonlu kəndində keçirilib. Görüşdə icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbərləri, icra nümayəndəliyinin əhatə etdiyi Qaradonlu, Çahar və Gövhərli kəndlərinin sakinləri iştirak ediblər.
  Qəbul başlamamışdan öncə səyyar-görüş iştirakçıları tərəfindən ölkəmizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra icra başçısı çıxış edərək sakinləri salamlamış, prezident cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizin əldə etdiyi uğurlarından danışaraq, bu uğurların xalqımızın ən ümdə arzularının gerçəkləşməsinə, hər bir Azərbaycan vətəndaşının xoş rifahına xidmət etdiyini diqqətə çatdırıb. O, bu günə kimi şəhər, qəsəbə və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılmasının, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsinin, keçirilən qəbulların arxasında hər zaman vətəndaş məmnunluğunun dayandığını qeyd edib.
 Daha sonra qəbula gələn sakinlər dinlənilib, onları narahat edən məsələlərin və problemlərinin həlli yolu araşdırılıb. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə əlaqədar müvafiq göstərişlər verilib.
Keçidlər