Şriftin ölçüsü :

Saytın rəngi :

Ölcələr kəndində vətəndaşlarla növbəti səyyar görüş keçirilib

06 dekabr 2022 | 17:51
  Yerlərdə vətəndaşların müraciətlərinə baxılması məqsədilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşünü Ölcələr, Soltanmuradlı və Yuxarı Qaralar kənd sakinləri ilə keçirib. Görüşdə icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının və əlaqədar xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
  Qəbul başlamamışdan öncə səyyar-görüş iştirakçıları tərəfindən ölkəmizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Qəbulu giriş sözü ilə açan RİH başçısı prezident cənab İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq vətəndaşların müraciətlərinə həssas yanaşılması istiqamətində məmurların yerlərdə insanlarla üzbəüz dialoq qurmasının önəmini vurğulayıb. Sonra sözügedən kənd sakinlərinin qaldırdıqları müraciətlər həssaslıqla dinlənilib, insanları narahat edən heç bir məsələyə biganə qalınmayacağı və qaldırılan məsələlərin həlli ilə bağlı vətəndaşlara qanunamüvafiq müddətdə cavablar veriləcəyi vurğulanılıb. Sakinlər də hər kəsin fikir və istəklərini sərbəst söyləyə bildikləri üçün yaradılan şəraitə görə təşəkkürlərini ifadə ediblər.
Keçidlər