Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti əsaslı təmir işləri Mirzə Ələkbər Sabirin adını daşıyan küçədə aparılıb

21 iyul 2022 | 17:25

      İmişli rayonunda büdcədən ayrılmış vəsait hesabına şəhərdaxili avtomobil yollarında aparılan əsaslı təmir işləri davam etdirilir. Növbəti əsaslı təmir işləri Mirzə Ələkbər Sabirin adını daşıyan küçədə aparılıb. Tikinti norma və standartlarına uyğun olaraq aparılan təmir işləri tez bir zamanda yekunlaşdırılıb və sakinlərin bu yolla hərəkəti zamanı yaranmış çətinlikləri aradan qaldırılıb. Belə ki, avtomobil yollarına qum-çınqıl materialları tökülərək mexaniki hamarlama və bərkitmə işləri aparılıb, sonra yollara asfalt örtük qoyulub. Ümumilikdə 1500 kv.metr sahəyə asfalt döşənərək sakinlərin ümumi istifadəsinə verilib.     

       Hazırda İmişli şəhərində görülən bu işlər mərhələli şəkildə digər şəhərdaxili yollarda da aparılır.

       (Mirzə Ələkbər Sabir küçəsinin əvvəlki və sonrakı vəziyyəti ilə bağlı fotoşəkilləri təqdim edirik)

Keçidlər