Şriftin ölçüsü :

Saytın rəngi :

“Müzəffər xalqın məmuru elə işləməlidir ki, heç bir ədalətsizliyə yol verilməsin” adlı tədbir keçirilib

02 avqust 2022 | 16:09
      Bu gün İmişli Rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında YAP İmişli rayon təşkilatı “M.Əsədov” Ərazi Partiya təşkilatı tərəfindən “Müzəffər xalqın məmuru elə işləməlidir ki, heç bir ədalətsizliyə yol verilməsin” adlı tədbir keçirilib. Tədbirdə İmişli RİH-nin məsul şəxsləri, YAP İmişli rayon təşkilatının əməkdaşları və YAP fəalları iştirak ediblər.
     Tədbiri giriş sözü ilə açan “M.Əsədov” Ərazi Partiya təşkilatının sədri Rüfət Muradov bildirib ki, ili ilindən, günü günündən uğurlu başlayan Azərbaycanın iqtisadi və sosial sahələrdə qazandığı nailiyyətlərin, uğurların miqyası durmadan genişlənir. Ölkənin iqtisadi və müdafiə qüdrəti, elmi-texniki inkişafı, bütün sahələrdə tərəqqisi onu regionun öncül dövlətləri sırasına çıxarmışdır. Çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev qeyd edib ki, Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq görülən böyük quruculuq işləri vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına, onların qayğı və problemlərinin həllinə, cəmiyyətdə mənfi halların kökünün kəsilməsinə, vətəndaşların gündəlik tələblərinin yerinə yetirilməsinə şərait yaradır. Eyni zamanda, dövlət orqanlarında və idarələrində vətəndaş müraciətlərinə daha diqqətlə yanaşılması, dövlət məmurlarının onlara qayğısının artırılması, hər bir vətəndaşın dövlətin və cəmiyyətin mövcud imkanlarından daha yaxşı bəhrələnməsi təmin edilir. Natiq bildirib ki, hər bir məmur Prezident cənab İlham Əliyevin “Biz müzəffər xalq kimi yaşayırıq, ləyaqətlə yaşayırıq və ölkəmizdə işlər elə getməlidir ki, heç bir narahatedici problem olmasın, heç bir ədalətsizlik olmasın” sitatını əlində əsas tutaraq daim ədalətli mövqedə olmalıdır. Digər çıxış edənlər ölkənin rəhbəri kimi fəaliyyətə başladığı ilk gündən cəmiyyətdə saflığın, təmizliyin və şəffaflığın təntənəsinə çalışan Prezident İlham Əliyevin vətəndaşların problemləri ilə əlaqədar onlarla gündəlik ünsiyyətdə olan dövlət məmurlarının qarşısında ciddi vəzifələr qoymasından söhbət açıblar.
Keçidlər