Şriftin ölçüsü :

Saytın rəngi :

Murğuzalılı kəndində keçirilən səyyar görüşdə vətəndaşların müraciətləri dinlənilib

18 yanvar 2023 | 18:22
    Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev növbəti səyyar qəbul-görüşünü təsdiq edilmiş qrafikə uyğun olaraq bu gün rayonun Murğuzalılı kəndində keçirib. Səyyar qəbulda icra başçısı ilə yanaşı hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət idarələrinin və xidmət təşkilatlarının rəhbər işçiləri də iştirak ediblər.
    Qəbul başlamamışdan öncə səyyar-görüş iştirakçıları tərəfindən ölkəmizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Giriş nitqi ilə çıxış edən icra başçısı səyyar qəbul-görüşlərin keçirilməsinin mütəmadi hal aldığını qeyd edib. Eyni zamanda ölkə prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf kursunun parlaq nəticələrinin hər bir vətəndaşın həyat şəraitinin yaxşılaşdırılmasında müstəsna rolunu xüsusi vurğulayaraq bu inkişaf kursunun bundan sonra da xalqın rifahına xidmət edəcəyini diqqətə çatdırıb. Sonra qəbulda səmimi söhbət aparılaraq sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı müvafiq tədbirlər müəyyənləşdirilib. Görüş sakinlər tərəfindən razılıqla qarşılanıb.
 
 
 
Keçidlər