Şriftin ölçüsü :

Saytın rəngi :

Muradxanlı kəndində vətəndaşlarla səyyar görüş keçirilib

26 iyul 2022 | 18:52
      İmişli rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə RİH başçısı Elçin Rzayevin bu gün rayonun Muradxanlı kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilib. Görüşdə RİH-nin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
     Səyyar-görüş iştirakçıları canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra icra başçısı çıxış edərək vətəndaşların problemlərinə həssaslıqla yanaşılmasını, insan amilini və vətəndaşların sosial rifahının yüksəldilməsinin dövlətimizin sosial siyasətinin prioritetlərindən olduğunu qeyd edib. Həmçinin bildirib ki, xalqımızın rifah halının yüksəldilməsi üçün görülən işlər, atılan əməli addımlar qəbul olunmuş qərar və sərəncamlarda öz əksini tapır. Möhtərəm prezidentimiz cənab İlham Əliyev xalqımızın xoşbəxtliyi, dövlətimizin inkişafı və beynəlxalq aləmdə tanınması üçün çalışır. Sonra qəbula gələn vətəndaşların qaldırdıqları müraciətlər dinlənilib. Müraciətlərin bir hissəsi yerində həll edilib, digər vacib məsələlərin həlli üçün isə əlaqədar qurum və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilərək həlli prosesi nəzarətə götürülüb.
Keçidlər