Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Vətən müharibəsi şəhidləri Əmral Xəmmədovun, Xalid Kamranlının və Nurlan Hüseynovun ildönümləri qeyd olunub

15 oktyabr 2022 | 17:21

   Bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarımız, Xəmmədov Əmral Zaur oğlunun, Kamranlı Xalid Kazım oğlunun və Hüseynov Nurlan Madər oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən iki il keçir. Bu münasibətlə şəhidlərimizin ailələrinin yaşadıqları ünvanlarda ildönümü mərasimləri keçirilib. Mərasimlərdə şəhid ailələrinin üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul şəxsləri, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Anım mərasimlərində 44 günlük Vətən müharibəsindən söz açan iştirakçılar Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan Şanlı Qələbədən, şəhidlərimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan və şücaətdən bəhs ediblər. Həmçinin şəhidlərimizin əziz xatirələri ehtiramla yad olunub, ruhlarına dualar oxunulub, valideyinlərinə səbir dilənilib. Şəhidlərimizin ailə üzvləri isə hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə ediblər.

Keçidlər