Şriftin ölçüsü :

Saytın rəngi :

M.Əsədov küçəsinin piyada səkilərində aparılan yenidənqurma işləri başa çatdırılıb

19 yanvar 2023 | 14:36
    İmişli şəhərinin mərkəzi hissəsində, xeyli sayda çoxmənzilli ictimai yaşayış binalarının və sosial obyektlərin yerləşdiyi M.Əsədov küçəsi boyu piyada səkilərində aparılan genişmiqyaslı təmir-bərpa işləri başa çatdırılıb. Belə ki, layihə üzrə piyadaların rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması ilə bağlı səkilərə yeni səki daşları düzülüb, normativlərə uyğun əlil arabaları üçün panduslar düzəldilib. Görülən işlər sakinlər tərəfindən razılıqla qarşılanıb, həm də ətraf ərazinin estetik görünüşünün xeyli dərəcədə yaxşılaşmasına səbəb olub. İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda şəhərin ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.
    Xatırladaq ki, 2021-2022-ci illər ərzində M.Əsədov küçəsində müasir işıqlandırma sistemi quraşdırılıb və gediş-gəlişin çox olduğu nəzərə alınaraq küçənin avtomobil yollarına yeni asfalt örtük qoyulub.
 
Keçidlər