Şriftin ölçüsü :

Saytın rəngi :

"Kitabgəzər" layihəsi İmişli rayonunda baş tutub.

28 dekabr 2022 | 12:47

  Ötən gün İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və "Kitabgəzər" layihəsinin təsisçisi Fatma Qurbanovanın təşəbbüsü ilə rayon ərazisində Yeni il ərəfəsində "Sevinc payı" kampaniyası həyata keçirilib. Kampaniya çərçivəsində uşaqlarla görüşülüb, onlara hədiyyə paketləri təqdim olunub. Qeyd edək ki, əvvəlcədən müəyyən edilmiş siyahı əsasında 100 aztəminatlı ailənin uşaqlarına hədiyyə paketləri verilib. Hər uşaq üçün xüsusi hazırlanmış hədiyyə paketlərinə nağıl kitabı, boyama kitabı, rəngli karandaş (12 rəngli), flomaster (12 rəngli), puzzle, kubik-rubik, şirniyyatlar (5 çeşid) və məktub daxildir.

Keçidlər