Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidən olan yeniyetmələr və uşaqlar üçün futbol bayramı

19 oktyabr 2022 | 18:56

     Yeniyetmələrin və uşaqların asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etmək məqsədi ilə İmişli Olimpiya İdman Kompleksində tədbir keçirilib. Tədbirdə millət vəkili, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, millət vəkilləri Razi Nurullayev, Sabir Hacıyev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, yeniyetmələr və uşaqlar iştirak ediblər. Görüşdə yeniyetmələrə və uşaqlara müxtəlif idman ləvazimatları hədiyyə olunub. Tədbirin sonunda uşaqlar əyləncəli futbol nümayiş etdiriblər.

Keçidlər