Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Yeni il ərəfəsində şəhid ailələrinə yardım edilib

29 dekabr 2022 | 17:00
  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni il ərəfəsində İmişli rayonunda 50 şəhid ailəsinə ərzaq yardımı edilib. Bu ailələrdən 2-si 2016-cı il aprel döyüşlərində şəhid olmuş hərbi qulluqçuların ailəsi, 48-i isə Vətən müharibəsi şəhidlərinin ailələridir. Ərzaqların təqdim edilməsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və İmişli Rayon İcra Hakimiyyətinin məsul işçiləri iştirak ediblər.
  Şəhid ailələri dövlətin və ictimaiyyətin onlara göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər