Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “Xilaskar ömrü” sənədli filmi nümayiş olunub

25 yanvar 2023 | 17:50

     23 yanvar tarixində İmişli Rayon İcra Hakimiyyətinin, YAP İmişli rayon təşkilatının və İmişli rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə mərkəzin kino zalında “Heydər Əliyev İli”nə həsr olunan “Xilaskar ömrü” sənədli filmi nümayiş olunub. Film başlamamışdan öncə İmişli rayon Heydər Əliyev Mərkəzinin direktoru Lalə Heydərova bildirib ki, Azərbaycan olduqca mürəkkəb situasiya ilə üzləşmişdi, ölkə vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında idi. Belə bir məqamda xalqımız 1993-cü ildə Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli Lider Heydər Əliyevə üz tutdu. İyunun 9-da Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Sonra Ümummilli Lider Heydər Əliyevə həsr olunan “Xilaskar ömrü” sənədli filminin nümayişi olub. 

Keçidlər