Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Vətən müharibəsi şəhidlərinin ildönümü mərasimlərində əziz xatirələri böyük ehtiramla yad olunub

04 noyabr 2022 | 18:58
   Azərbaycanın hərb tarixinə adları qızıl hərflərlə yazılan, qələbəmizin qazanılmasında payı olan igid oğullarımızdan olan, Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsindən Şirinov Orxan Elxan oğlunun və rayonun Xoşçobanlı kəndindən olan Qurbanov Mayıl Mayis oğlunun ikinci ildönümü mərasimləri qeyd olunub. Şəhidlərimizin ildönümü mərasimlərində şəhid ailələrinin üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul şəxsləri, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
   Mərasim iştirakçıları 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbədə, 8 noyabrda qeyd edəcəyimiz şanlı Zəfərdə payı olan Orxan və Mayıl kimi oğullarımızla hər birimizin fəxr etdiyini, qürur duyduğunu bildiriblər. İllər ötsə belə Azərbaycan xalqı tarixi Qələbənin müəllifi olan Ali Baş Komandanı, Şəhidlərimizi, qazilərimizi heç zaman unutmayacağını qeyd ediblər. Həmçinin şəhidlərimizin əziz xatirələri ehtiramla yad olunub, ruhlarına dualar oxunulub, valideyinlərinə səbir dilənilib. Şəhidlərimizin ailə üzvləri isə hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə ediblər.
Keçidlər