Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Vətən müharibəsi şəhidləri Nemət Həsənovun və Vüqar Nuriyevin ildönümləri qeyd olunub

02 noyabr 2022 | 18:41
  Rəşadətli Azərbaycan Ordusu 2 il əvvəl 27 sentyabrda başlayan İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müasir hərb tariximizə əsl qəhrəmanlıq dastanı yazdı. Azərbaycan xalqının 30 illik Vətən həsrətinə, yurd, el-oba niskilinə 44 gündə son qoyaraq ordumuzun nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan Vətən müharibəsində Şəhidlik adlı uca zirvəyə yüksələn igidlərimiz Həsənov Nemət Emin oğlu, Nuriyev Vüqar Hafis oğlu qəhrəmanlıq dastanı yazan oğullarımızdandır. Vətən torpaqları tam olsun deyə ölümün gözünə dik baxaraq şəhidlik zirvəsinə ucalmış Emin və Vüqar kimi oğullarımızın sayəsində bu gün xalqımız qalib ölkənin vətəndaşı olmağın qürurunu yaşayır. Bu gün qəhrəman şəhidlərimizin şəhadətlərindən 2 il ötür. Bu münasibətlə şəhidlərimizin ailələrinin yaşadıqları ünvanlarda ildönümü mərasimləri keçirilib.
  Mərasimlərdə şəhid ailələrinin üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul şəxsləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Anım mərasimlərində 44 günlük Vətən müharibəsindən söz açan iştirakçılar Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan Şanlı Qələbədən, şəhidlərimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan və şücaətdən bəhs ediblər. Həmçinin şəhidlərimizin əziz xatirələri ehtiramla yad olunub, ruhlarına dualar oxunulub, valideyinlərinə səbir dilənilib. Şəhidlərimizin ailə üzvləri isə hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə ediblər.
Keçidlər