Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Vətən müharibəsi şəhidləri Elnur Bəylərovun, Şamil Hüseynlinin ildönümləri qeyd olunub və Hüseynli Şamilin adını əbədiləşdirən bulağın açılışı olub

03 noyabr 2022 | 19:15
  Bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarımız, Bəylərov Elnur Ehdibar və Hüseynli Şamil Novruz oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən iki il keçir. Bu münasibətlə şəhidlərimizin ailələrinin yaşadıqları ünvanlarda ildönümü mərasimləri keçirilib. Mərasimlərdə şəhid ailələrinin üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul şəxsləri, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. İştirakçılar əvvəlcə Şəhid Elnur Bəylərovun ailəsinin yaşadıqları ünvanda qeyd olunan ildönümü mərasimində iştirak edərək şəhidimizə Allahdan rəhmət, ailəsinə isə səbir diləyiblər. Sonra Cəfərli kənd 1 saylı tam orta məktəbinin həyətində inşa edilən Şəhid Hüseynli Şamil Novruz oğlunun xatirəsinə həsr olunmuş abidə kompleksinin açılışı olub. Tədbir ilk öncə dövlət himni səsləndirilməklə açıq elan edilib. Sonra şəhid anaları inşa edilmiş bulağın açılması üçün lentin kəsilməsinə dəvət edilib. Kompleksin qarşısına gül-çiçək dəstələri düzülərək igid Vətən oğlunun əziz xatirəsi böyük ehtiramla yad edilib.
  Açılışda çıxış edən icra başçısı bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgərlərin xatirəsi daima yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücayət nəticəsində uzun illərdir işğal edilmiş torpaqlarımız işğaldan azad olunub. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini sübut etdi, şəhidlərimizin qanının yerdə qalmadığını qeyd edib.
  Tədbirdə digər çıxış edənlər şəhidlərin qəhrəmanlıqlarından, vətənpərvərliklərindən söz açaraq onlarla bağlı xatirələrini bölüşüblər. Sonra məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib. Tədbirin sonunda RİH başçısı və iştirakçılar Şəhidimizin il mərasimində iştirak edib, ailəsinə səbir diləyiblər.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər