Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Vətən müharibəsi şəhidi Şahəli Şıxıyevin ildönümü qeyd olunub

20 oktyabr 2022 | 12:44

     Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan Vətən müharibəsində şəhidlik adlı uca zirvəyə yüksələn igidlərimizdən biri də rayonun Qaraqaşlı kəndindən olan Şıxıyev Şahəli Əflatun oğludur. Bu gün Şahəlinin şəhid olmasının ikinci ildönümüdür. Bu münasibətlə keçirilən mərasimdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, icra aparatının məsul şəxsləri, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları, kənd sakinləri iştirak ediblər. İgid Vətən oğlunun ruhuna dualar oxunub, əziz xatirəsi böyük ehtiramla yad edilib. İcra başçısı şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən söz açan icra başçısı həmin qələbədə Şahəlinin də payı olduğunu bildirib və illər keçsə də Şahəli kimi qəhrəmanlarımızın unudulmayacağını vurğulayıb. Şəhidimizin atası Əflatun Şıxıyev şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Övladının xatirəsinin əziz tutulmasını, daim yad olunmasını Şahəlinin timsalında bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndirib. 

Keçidlər