Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Vətən müharibəsi şəhidi Sabir Əzizlinin ikinci ildönümü qeyd olunub

10 yanvar 2023 | 18:55

     Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Qələbə qazandığı Vətən müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə yüksələn Əzizli Sabir Hikmət oğlunun əziz xatirəsi şəhidlik zirvəsinə ucalmasının ikinci ildönümündə anılıb. Şəhidimizin ildönümü mərasimində şəhid ailələrinin üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul şəxsləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Mərasim zamanı şəhidimizin əziz xatirəsi böyük hörmət, ehtiramla yad olunub, ailəsinə səbir dilənilib. İcra başçısı şəhid ailələri və qazilərin daim dövlətimizin başçısı İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olduğunu, şəhidlərin öz həyatlarını Vətən uğrunda qurban verərək hər birimiz üçün milli dəyərə çevrildiyini qeyd edib. Diqqətə çatdırıb ki, bu gün qəhrəmanlarımızın ruhları şaddır, çünki onların canlarını qurban verdikləri Vətən torpaqlarının üzərində üçrəngli şanlı bayrağımız dalğalanır. Şəhidimizin ailə üzvləri isə övladlarının xatirələrinin əziz tutulmasını, daim yad olunmasını bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndiriblər.

Keçidlər