Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Vətən müharibəsi şəhidi Emin Süleymanovun ildönümü qeyd olunub

13 noyabr 2022 | 13:27
   Azərbaycan xalqı mübariz oğullarının şücaətini hər zaman yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Xalqımızın tarixinə qızıl hərflərlə yazılmış şanlı Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş oğullarımızdan olan mayor Süleymanov Emin Bəhmən oğlunun bu gün şəhidlik zirvəsinə ucalmasından iki il ötür. Şəhidimizin ildönümü mərasimində İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul şəxsləri, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
   Mərasim zamanı Elçin Rzayev şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. Həmçinin icra başçısı qeyd edib ki, illər ötsə də şəhidlər heç vaxt unudulmur, həmişə minnətdarlıq duyğuları ilə yada salınır. Şəhid ailələrinə göstərilən qayğıya görə isə razılıqlarını bildirən şəhidimizin ailə üzvləri prezident cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər