Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Vətən müharibəsi şəhidi Elçin Quliyevin ildönümü qeyd olunub

10 oktyabr 2022 | 18:03
  Bu gün Vətən Müharibəsində şəhid olmuş, İmişli rayon Məzrəli kəndindən olan Quliyev Elçin Etibar oğlunun şəhadətə yüksəlməsinin ikinci ildönümü mərasimi qeyd olunub. Şəhidimizin ildönümü mərasimində İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul şəxsləri, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Mərasim zamanı şəhidimizə Allahdan rəhmət dilənilib, ailə üzvlərinin qayğıları ilə maraqlanılıb.
  Mərasimdə şəhidimizin keçdiyi şərəfli döyüş yolu xatırlanılıb, onun Vətən müharibəsindəki rəşadətindən bəhs edilib, əziz xatirəsi ehtiramla yad olunub, ruhuna dualar oxunulub. Qeyd olunub ki, şəhidlik zirvəsi ən ucada dayanan bir zirvədir. Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar. Şəhidimizin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər