Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Vətən müharibəsi şəhidi Allahverdi Tağıyevin ildönümü qeyd olunub

27 oktyabr 2022 | 16:02
    Vətən uğrunda şəhid olmağı özünə şərəf bilən qəhrəman oğullarımızın yoxluğundan artıq 2 il ötür. Bu gün Vətən müharibəsində şəhidlik adlı uca zirvəyə yüksələn igidlərimizdən müddətdən artıq hərbi qulluqçu Tağıyev Allahverdi Əkbər oğlunun şəhadətinin ikinci ildönümü qeyd olunub. Bu münasibətlə şəhidin ailəsinin yaşadıqları ünvanda ildönümü mərasimi keçirilib. Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, İcra Hakimiyyətinin məsul şəxsləri, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Mərasim zamanı vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi böyük ehtiramla yad olunub, ruhuna dualar oxunulub, ailə üzvlərinə səbir dilənilib. Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan icra başçısı həmin qələbədə payı olan Allahverdi kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib.
    Xatırladaq ki, Allahverdi Tağıyev Vətən muharibəsinin 31-ci günündə, oktyabr ayının 27-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Keçidlər