Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə tələbə adını qazanan məzunlarla görüş keçirilib

07 sentyabr 2022 | 16:48
  Bu gün İmişli rayonunda ali məktəblərə qəbulda 600-dən çox bal toplayaraq tələbə adını qazanan məzunlarla görüş keçirilib. Görüşdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Rayon Təhsil Sektorunun müdiri Vahid Tağıyev, məzunlar, məktəb rəhbərləri və valideynlər iştirak ediblər.
  Tədbiri giriş sözü ilə açan icra başçısı ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından danışıb, yüksək nəticə göstərərək tələbə adını qazanmış məzunları, onların valideynlərini və rayonumuzun bütün təhsil ictimaiyyətini səmimi qəlbdən təbrik edib. İcra başçısı həmçinin hər bir inkişafın təməlində insan kapitalının, onun əsasında isə təhsilin dayandığını, təhsilin isə öz növbəsində hər bir millətin tərəqqisinin, parlaq gələcəyinin əsasını təşkil etdiyini və bu səbəbdən hər bir dövlətin gələcəyinin həmin ölkədə təhsilin səviyyəsi ilə ölçüldüyünü vurğulayıb. Digər çıxış edənlər istedadlı şagirdlərin üzə çıxarılması üçün həyata keçirilən layihələrdən danışaraq əldə olunan uğurların bundan sonra da davam etdiriləcəyini bildiriblər. Sonda yüksək nəticə göstərən məzunlara fəxri fərman və hədiyyələr verilib.
  Qeyd edək ki, İmişli rayonu üzrə bu il 10 nəfər 600-dən çox, 33 nəfər 500-600 arası, 59 nəfər isə 400-dən yuxarı bal toplayaraq yüksək nəticə göstəriblər.
 
 
  
 
Keçidlər