Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhidlərin xatirəsinə inşa olunmuş bulaq kompleksi istifadəyə verilib

01 sentyabr 2022 | 17:11
  İmişli rayonunda torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirələrinin əbədiləşdirilməsi istiqamətində daha bir addım atılıb. Belə ki, ötən gün İmişli şəhərinin Xiyabani küçəsində şəhidlərin xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı olub. Açılış tədbirində İmişli Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının əməkdaşları, şəhidlərin ailə üzvləri və rayon ictimaiyyəti iştirak ediblər.
  Bulağın açılış lenti şəhid valideynləri ilə birlikdə kəsilib. Dövlət himninin səslənməsi və torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirələrinin bir dəqiqəlik sükutla yad olunmasından sonra çıxış edənlər qəhrəman övladların yetişməsində valideynlərin əvəzsiz rolu barədə danışaraq şəhid və qazi analarına, habelə Vətən müharibəsi iştirakçılarının valideynlərinə təşəkkürlərini bildiriblər. Eyni zamanda “Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə Ordumuz bir daha dünyaya qüdrətini sübut etdi, şəhidlərimizin qanı yerdə qalmadı”-deyə vurğulanılıb. Sonra şəhidlərimizin valideynləri övladlarının qəhrəmanlıqlarından, vətənpərvərliklərindən söz açaraq onlarla bağlı xatirələrini bölüşüblər.
 
 
 
Keçidlər