Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhidin doğum günü qeyd olunub

15 noyabr 2022 | 19:12
  Bu gün torpaqlarımızın bütövlüyü uğrunda canından keçərək, tarixə şərəfli imzasını atan I Qarabağ şəhidi Əsədov Natiq Səyyad oğlunun doğum günü ilə əlaqədar əziz xatirəsi yad edilib. Bu münasibətlə şəhidin 2 saylı Aranlı kənd tam orta məktəbinin həyətində yerləşən abidəsi önündə əziz xatirəsi ehtiramla yad edilib və ruhuna dualar oxunub. Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Aparatın məsul əməkdaşları,YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
  Ziyarət zamanı çıxış edənlər, şəhidin şərəfli həyatı və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edib, göstərdiyi qəhrəmanlıqdan, keçdiyi şərəfli döyüş yolundan danışıblar. Çıxış edənlər 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan torpaqlarının yağı düşmənin tapdağından azad edilməsilə, həm də I Qarabağ müharibəsi şəhidlərinin qisasının alındığını bildiriblər. Qeyd edilib ki, düşmənlə döyüşlərdə onlara sarsıdıcı zərbələr vuran ordumuz bu gün ən güclü ordulardan biridir. Çıxışlardan sonra şagirdlərin ifasında vətənpərvərlik ruhunda şeirlər səsləndirilib. Sonda iştirakçılar şəhidin ailəsinə baş çəkərək onların qayğıları maraqlanıblar.
  Şəhidimizin yaxınları və ailə üzvləri övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini bildirmiş, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.
 
 
 
 
 
Keçidlər