Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhid ailəsinin yaşadığı kənddaxili yol abadlaşdırıb

12 avqust 2022 | 16:11
     İmişli rayonunda Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan sakinlərin adlarının əbədiləşdirilməsi, onların əziz xatirəsini daim yaşatmaq, ailələrinə diqqət və qayğı göstərmək, problemlərinin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi xüsusi diqqətdə saxlanılır. Belə ki, görülən tədbirlər çərçivəsində torpaqlarımızın düşmən tapdağından azad olunmasında şücaət göstərərək Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Amil Səfərlinin ailə üzvlərinin yaşadığı İmişli rayonunun Çahar kəndində kənddaxili yol abadlaşdırılaraq 5000 kv.m yeni asfalt örtüyü salınıb. Sözügedən yolda tikinti norma və standartlarına uyğun olaraq aparılan əsaslı təmir işləri tez bir zamanda yekunlaşdırılıb və bu yolla hərəkət zamanı yaranmış çətinliklər aradan qaldırılıb.
   Qeyd edək ki, hazırda şəhid ailələrinin yaşadıqları ərazilərdə təmirsiz yolların asfaltlanması istiqamətində görülən işlər davam etdirilir.
Keçidlər