Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhid ailəsi yaşayan növbəti küçə asfaltlanıb

18 avqust 2022 | 17:22
 Vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn sakinlərimizin adlarının əbədiləşdirilməsi, onların ailələrinin sosial problemlərinin həlli istiqamətində İmişli Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçilən layihələr davam etdirilir.
  Belə ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində igidliklə döyüşərək şəhid olan Abbasov Asim Rasim oğlunun ailə üzvlərinin yaşadığı İmişli rayonunun Hacırüstəmli kəndində kənddaxili yol abadlaşdırılaraq 2000 kv.m yeni asfalt örtüyü salınıb. Sözügedən yolda tikinti norma və standartlarına uyğun olaraq lazımi qalınlıqda optimal qırmadaş və qum-çınqıl qarışığından istifadə olunub. Bunun ardınca yeni asfalt örtüyü döşənib.
  Qeyd edək ki, İmişli rayonunda şəhid ailələrinin yaşadıqları ünvanların hər birində təmirsiz yolların asfaltlanması istiqamətində görülən işlər davam etdirilir.
Keçidlər