Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhid ailələri yaşayan növbəti kənddaxili yol asfaltlanıb

20 avqust 2022 | 11:06
  İmişli rayonunda ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərin ailə üzvlərinə, qazilərə və müharibə iştirakçılarının sosial müdafiəsi istiqamətində həyata keçirilən işlər davam etdirilir. Belə ki, şəhid ailələrinə göstərilən qayğının növbəti ifadəsi olaraq şəhadətin zirvəsinə yüksəlmiş şəhid Quliyev Elçin Etibar oğlunun ailə üzvlərinin yaşadığı rayonun Məzrəli kəndində və şəhid Səfərli Əmrah Çingiz oğlunun ailə üzvlərinin yaşadığı Göbəktala kəndində kənddaxili yollara 1550 kv.m yeni asfalt örtüyü salınıb. Sözügedən yolların zəruri olan yerlərində torpaq işləri görülüb və qum-çınqıl qarışığından istifadə edilərək yol yatağı yenidən inşa edilib. Daha sonra yollara yeni asfalt örtüyü döşənib.
  Qeyd edək ki, İmişli rayonunda şəhid ailələrinin yaşadıqları ünvanların hər birində təmirsiz yolların asfaltlanması işləri davam etdirilir.
Keçidlər