Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “Qızılgülə batasan” adlı narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib

25 noyabr 2022 | 18:14
  Bu gün İmişli rayonu 7 saylı tam orta məktəbində “Qızılgülə batasan” adlı narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin, Rayon Təhsil sektorunun rəhbərliyi , “Qayıdış” İctimai Birliyinin, Rayon Polis Şöbəsinin əməkdaşları və rayonun ümumi təhsil məktəblərinin şagirdləri iştirak ediblər. Öncə iştirakçılar tərəfindən Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad olunub.
  Tədbirdə çıxış edənlər narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən, onun fəsadları barədə geniş məlumat verərək narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının vacibliyini bildiriblər. Ölkəmizdə narkomanlığa qarşı ciddi mübarizənin aparıldığını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu tədbirlərin həyata keçirildiyi nəzərə çatdırılıb və gənclərin bu bəladan uzaq olmalarını, sağlam həyat tərzi keçirməyə, ətraf aləmin gözəlliklərindən – təbiətdən, kitablardan, maraqlı insanlarla ünsiyyətdən zövq almağa, faydalı bilik və bacarıqlar öyrənmələrini tövsiyə ediblər.
  Sonda “Qayıdış” İctimai Birliyi tərəfindən narkomaniyanın fəsadlarını əks etdirən videoçarx nümayiş olunub
Keçidlər