Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə icbari tibbi sığorta ilə bağlı maarifləndirmə tədbiri keçirilib

16 noyabr 2022 | 17:05
  Bu gün İmişli Rayon İcra Hakimiyyətinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə İmişlidə maarifləndirmə tədbiri keçirilib. Tədbir iştirakçılarına icbari tibbi sığorta sisteminin məqsədi, sığorta haqları, xidmətlər zərfi, tibb müəssisələrinə müraciət etmə qaydaları haqqında məlumat verilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin, o cümlədən Agentliyin, İmişli Rayon Mərkəzi xəstəxanasının məsul əməkdaşları və rayon sakinləri iştrak ediblər.
 Agentliyin rəsmiləri icbari tibbi sığortanın tətbiqini səhiyyə sahəsində aparılan uğurlu islahatların davamı kimi dəyərləndirərək, sistemin səhiyyənin inkişafına töhfə verəcəyinə əminliklərini vurğulayıblar. Həmçinin bildirilib ki, icbari tibbi sığortanın məqsədi əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükünü azaltmaq və yüksək keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını təmin etməkdir.
  Sonda vətəndaşları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.
Keçidlər