Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi ilə bağlı tədbir keçirilib

16 noyabr 2022 | 16:56
  Ötən gün İmişli rayonunda “Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsinə dair” tədbirlər planına uyğun olaraq, maarifləndirici seminar-müşavirə keçirilib. Seminarda İmişli Rayon İcra Hakimiyyətinin , Daxili İşlər Nazirliyinin Polis Akademiyasının, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları, polis veteranları, valideynlər və rayonun ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak ediblər. Seminar başlamamışdan öncə iştirakçılar tərəfindən Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
  Sonra Polis Akademiyasının rəsmiləri tərəfindən kursant qəbulu qaydaları ilə bağlı şagirdlərə ətraflı məlumat verilib. Akademiyada gənclərimizin inkişafı üçün yaradılan müasir şərait, zəngin kitabxanalar, xarici dil kursları, laboratoriyalar, yataqxanalar və asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlərdən danışılıb.
    Sonda Polis Akademiyasındakı tədris prosesinə, kursantların hazırlığına həsr edilmiş videoçarx nümayiş olunub.
Keçidlər