Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə "Böyük Zəfər yolumuz" adı altında Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

03 noyabr 2022 | 19:51
  Bu gün İmişli rayon Heydər Əliyev Mərkəzində “8 noyabr- Zəfər Günü” ilə bağlı "Böyük Zəfər yolumuz" mövzusunda tədbir keçirilib. Tədbir başlamamışdan öncə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
  Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin , İmişli Rayon Heydər Əliyev Mərkəzinin , Gənclərin İnkişafı və Karyera Mərkəzinin əməkdaşları və qazilər iştirak edib. Daha sonra tədbir iştirakçıları ekskursiya zalı ilə tanış olublar, mərkəzin əməkdaşları ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar haqqında geniş məlumat verib.
  Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Noyabrın 8-i xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 30 ildən artıq düşmən tapdağında qalan torpaqlarımız qəhrəman igidlərimizin göstərdiyi şücayət nəticəsində işğaldan azad olundu. Döyüş meydanında göstərdikləri igidliklə hərb tarixinə adlarını qəhrəmanlıqları ilə yazdırdıqlarını, gələcək nəsillər üçün nümunə və örnək olduqları qeyd edilib. Sonra tədbir iştirakçılarına "Zəfər meydanı" adlı sənədli film nümayiş olunub.
Keçidlər