Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə boks üzrə rayon birinciliyi keçirilib

02 noyabr 2022 | 10:55
  Ötən gün "8 noyabr-Zəfər Günü" münasibəti ilə İmişli Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq İmişli Rayon İcra Hakimiyyətinin və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə boks idman növü üzrə rayon birinciliyi keçirilib. Tədbirdə ilk öncə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
  Rayon birinciliyində İmişli RİH-nin əməkdaşı Namiq Ağacanov çıxış edərək yarışın keçirilməsinin məqsədi gənclərdə vətənpərvərlik ruhunun aşılanması, tarixi qələbəmizin təbliği, istedadlı idmançıların yığma komandaya cəlb olunmasının olduğunu bildirib.
  Yarışın sonunda qalib gələn idmançılar diplomlarla təltif olunub.
Keçidlər