Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Birinci Qarabağ müharibəsi şəhidi Bəhmən Abuzərovun əziz xatirəsi anılıb

26 yanvar 2023 | 15:51
     Birinci Qarabağ müharibəsi şəhidi, İmişli rayonunun Qaravəlili kəndindən olan Abuzərov Bəhmən Abuzər oğlunun əziz xatirəsi şəhid olmasının 29-cu ildönümündə anılıb. İmişli Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İltizam Quliyevin, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayevin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin rəisi Mətləb Murğuzovun iştirakı ilə şəhidimizin Qaravəlili kənd qəbiristanlığında yerləşən məzarı ziyarət olunub, məzarı önünə gül-çiçək dəstələri düzülüb və ruhuna dualar oxunulub. Sonra rayonun Cavadxanlı kənd tam orta məktəbində tədbir keçirilib. Tədbir başlamamışdan öncə Dövlət himni səsləndirilib və şəhidlərimizin əziz xatirələri 1 dəqiqəlik sükutla yad olunub. Çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev vətən torpaqları uğrunda həlak olan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzulayıb. Bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş insanların xaitirəsi daima yaddaşlarda qalacaq. Çıxışdan sonra şəhidimizin prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif edildiyi “Azərbaycan Bayrağı” ordeni ailə üzvlərinə təqdim olunub. Məktəbin müəllim kollektivi şəhid müəllim Bəhmən Abuzərov haqqında xatirələrini bölüşüblər. Tədbir məktəblilərin vətənpərvərlik mövzusunda şeirlər səsləndirilməsi ilə davam etdirilib.
     Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Keçidlər