Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin çoxşaxəli inkişaf siyasəti və onun real nəticələri” adlı tədbir keçirilib

19 iyul 2022 | 15:53

     Bu gün İmişli rayon Heydər Əliyev mərkəzində “Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin çoxşaxəli inkişaf siyasəti və onun real nəticələri” adlı tədbir üzrə mühazirələr dinlənilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP İmişli rayon təşkilatının əməkdaşları, İmişli Rayon İcra Hakimiyyəti yanında ictimai şuranın üzvləri, idarə, müəssisələrin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.  
      Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev son illərdə ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində əldə olunan sosial-iqtisadi tərəqqidən bəhs edib. Qeyd edib ki, respublikamız özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Son illərdə ölkəmiz müstəqilliyini daha da möhkəmləndirib, siyasi, iqtisadi və mədəni sahələrdə böyük uğurlara imza atıb. Tədbirdə digər çıxış edənlər dövlət siyasətinin başlıca istiqamətləri haqqında ətraflı məlumat veriblər, eyni zamanda ölkə başçısının həyata keçirdiyi daxili və xarici siyasətin əsas məqamlarından, aparılan abadlıq-quruculuq işlərindən danışıblar.

Keçidlər