Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə "20 Yаnvаr həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümumilli lider Heydər Əliyevin rolu" mövzusunda dəyirmi masa keçirilib

18 yanvar 2023 | 17:41
    18 yanvar tarixində İmişli rayon Heydər Əliyev mərkəzində “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümumilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa baş tutub. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının və idarə, müəssisə, təşkilatlarının rəhbərləri iştirak ediblər.
    Tədbir başlamamışdan öncə 20 yanvar faciəsi zamanı şəhid olmuş Azərbaycan övladlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Sonra çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev 20 Yanvar faciəsi ilə bağlı iştirakçılara ətraflı məlumat verib və faciənin həqiqətlərinin dünyaya çatdırılmasının, əsl cinayətkarların ifşa edilməsinin, hadisəyə ilkin siyasi-hüquqi qiymətin verilməsinin məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Digər çıxış edənlər faciə zamanı həmvətənlərimizin qanunsuz olaraq həbs olunmasından və mənəvi əzablara dücar edlməsindən bəhs ediblər. Tədbirin sonunda icra başçısı 20 Yanvar şəhidlərinin əziz xatirələrinin hər zaman əziz tutulacağını bildirib.
      Allah bütün şəhidlərimizə rəhmət etsin!
Keçidlər