Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə 20 Yanvar faciəsinin 33-cü ildönümü anılıb

20 yanvar 2023 | 12:58
     Xalqımızın azadlıq uğrunda mübarizə tarixində önəmli yer tutan 20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətilə İmişli rayonunun Şəhidlər Xiyabanında anım tədbiri keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, şəhid ailələri, rayonun hüquq-mühafizə və idarə, müəssisələrinin rəhbərləri, o cümlədən rayon ictimaiyyəti iştirak ediblər.
    Tədbir başlamamışdan öncə Xiyabandakı şəhid məzarlarının və şəhidlər kompleksinin önünə gül-çiçək dəstələri düzülüb, ruhlarına dualar oxunulub. Sonra ölkəmizin ərazi bütövlüyü, xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi yolunda canlarını fəda etmiş həmvətənlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan rayon rəhbəri 1990-cı ilin 20 yanvar tarixində Azərbaycanın azadlığı arzusu ilə mübarizəyə qalxmış dinc sakinlərə qarşı sovet qoşunlarının törətdiyi cinayətlərdən bəhs edib. Həmçinin 20 Yanvar hadisələrinin milli qəhrəmanlıq tariximizdə müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi qiymətləndirildiyini qeyd edib. Digər çıxış edənlər Qanlı Yanvar hadisələrinin dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olduğunu vurğulayıblar. Anım tədbirinin rəsmi hissəsi başa çatdıqdan sonra icra başçısı rayonun Göbəktala kəndində yerləşən qəbiristanlıqda 20 Yanvar şəhidi Sürayyə Lətif qızı Babayevanın məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzülüb, ruhuna dualar oxunulub.
      Allah bütün şəhidlərimizə rəhmət eləsin!
 
Keçidlər