Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə 2 fevral – Gənclər Günü ilə bağlı “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib

01 fevral 2023 | 17:32
      Bu gün İmişli rayonunun Heydər Əliyev mərkəzində 2 fevral – Gənclər Günü ilə bağlı “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyəti və gənclər iştirak ediblər.
     Öncə ümummilli lider Heydər Əliyevin, habelə Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarxı izləyib. Rayon rəhbəri çıxış edərək bildirib ki, ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən işlərin nəticəsi olaraq müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyub. Sevindirici haldır ki, bu istiqamətdə ümummilli liderin dövlətçilik irsini öyrənən və təbliğ edən gənclərlə bağlı irimiqyaslı proqramların həyata keçirilməsinə dəstək verən cənab prezident İlham Əliyevlə yanaşı birinci vitse-prezident Mehriban xanım Əliyeva da həm özünün ictimai-siyasi fəaliyyətində, həm də rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi bütün tədbirlərdə yetişməkdə olan gənc nəslin sağlamlığını, intellektual və fiziki inkişafını daim diqqət mərkəzində saxlayır. Digər çıxış edənlər gənclərimizin dövlətimizə, millətimizə layiqli, sağlam gənc kimi yetişməyi və ən əsası vətənpərvər bir vətəndaş kimi formalaşmağı arzu ediblər. Tədbirin sonunda İmişli Rayon İcra Hakimiyyəti başçısının müvafiq Fərmanı ilə təltif edilmiş gənclərə “Fəxri Fərman”lar təqdim edilib və icra başçısı gənclərimizi bayram günü münasibətilə bir daha təbrik edərək, onlara günü-gündən inkişaf edən ölkəmizdə xoşbəxt və firavan gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb.
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər