Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli şəhərinin Nizami Gəncəvi adına istirahət parkında aparılan əsaslı təmir-bərpa işləri başa çatmaq üzrədir

30 yanvar 2023 | 18:52
     Son zamanlar İmişli rayonu ərazisindəki park və xiyabanlarda genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır və bu işlər hazırda da davam etdirilməkdədir. Belə ki, İmişli şəhərinin mərkəz hissəsində yerləşən Nizami Gəncəvi adına istirahət parkında aparılan əsaslı təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Artıq parkın ərazisində layihə üzrə müasir üslubda səki daşları, döşəmə plitələri düzülərək gediş-gəliş hissələri ayrılıb və Nizami Gəncəvi büstündə, eləcə də onun ətraf hissəsində bərpa-restovrasiya işləri aparılıb. Həmçinin əraziyə münbit torpaq daşınaraq qazon örtüyü qoyulub, həmin sahədə yaşıllıqlar salınıb. Yaxın günlərdə parkın ərazisində müasir işıqlandırma sistemi qurulacaq, oturacaqlar quraşdırılacaq. Təbii ki, abadlıq-quruculuq işləri həm sakinlərin, həm də rayonumuza gələn qonaqların rahatlığını təmin edir, həmçinin ətraf ərazinin estetik görünüşünün xeyli dərəcədə yaxşılaşmasına səbəb olur.
     Qeyd edək ki, əhaliyə xidmət göstərən müasir infrastrukturun qurulması istiqamətində görülən işlər ardıcıl şəkildə və yüksək keyfiyyətlə davam etdirilir.
 
 
 
 
Keçidlər