Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli şəhərindəki küçələrdə və parklarda aparılan abadlıq-quruculuq işləri davam etdirilməkdədir

05 dekabr 2022 | 15:49
  Son vaxtlar İmişli şəhərinin küçə və məhəllələrində, o cümlədən rayon ərazisindəki xiyaban və parklarda genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Təbii ki, abadlıq-quruculuq işləri sakinlərin və rayonumuza gələn qonaqların rahatlığını təmir edir, həmçinin ətraf ərazinin estetik görünüşünün xeyli dərəcədə yaxşılaşmasına səbəb olur. Görülən işlər çərçivəsində İmişli şəhərinin M.Əsədov, 20 Yanvar küçələrindəki səkilərdə və Nizami Gəncəvi adına istirahət parkında əsaslı təmir-bərpa işlərinə başlanılıb. Burada piyadaların rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması üçün səkilərə yeni səki daşları düzülür, normativlərə uyğun əlil arabaları üçün panduslar düzəldilir, parkın ərazisində isə layihə üzrə müasir üslubda səki daşları, döşəmə plitələri düzülərək gediş-gəliş hissələri ayrılacaq, müasir işıqlandırma sisteminin qurulması, yaşıllıqların suvarılması üçün su xətlərinin çəkilməsi və oturacaqların quraşdırılması da layihədə öz əksini tapmışdır.
 Qeyd edək ki, görülən işlərin vaxtında yekunlaşdırılması daima nəzarətdə saxlanılır və əhaliyə xidmət göstərən müasir infrastrukturun qurulması istiqamətində görülən işlər ardıcıl şəkildə, yüksək keyfiyyətlə davam etdirilir.
Keçidlər