Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli şəhərində daha bir küçənin avtomobil yolu yenidən qurulub

30 iyul 2022 | 12:11
      İmişli şəhəri ərazisində avtomobil yollarının yenidən qurulması istiqamətində görülən işlər davam etdirilir. Belə ki, növbəti əsaslı təmir işləri əhalinin kompakt yaşayış massivində, gediş-gəlişin çox olduğu şəhərin M.Müşfiq küçəsində aparılıb. Sözügedən yol uzun müddət əsaslı şəkildə yenidən qurulmadan istismarda olması səbəbindən həmin yaşayış məntəqəsində yaşayan sakinlərin şəhər mərkəzinə çıxışında, xüsusən də payız-qış mövsümündə problemlər yaşanırdı. Artıq bu problem aradan qaldırılıb. Yol üstündə olan elektrik dirəkləri kənarlaşdırıldıqdan sonra avtomobil yolunda görülən əsaslı təmir işləri texnoloji ardıcıllıqla aparılaraq yekunlaşdırılıb və uzunluğu 650 metr olan yola 3250 kv.metr asfalt örtük qoyularaq sakinlərin istifadəsinə verilib.
     Qeyd edək ki, bu tədbirlərin icrası sözügedən ərazidə yaşayan əhalinin rahatlığını təmin edir və görülən işlərin vaxtında yekunlaşdırılması daima nəzarətdə saxlanılır.
 
(M.Müşfiq küçəsinin əvvəlki və sonrakı vəziyyəti ilə bağlı fotoşəkilləri təqdim edirik)
Keçidlər