Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli şəhər 7 nömrəli tam orta məktəbində “Şanlı Zəfər tariximiz“ adı altında tədbir keçirilib.

04 noyabr 2022 | 19:26
  Bu gün İmişli şəhər 7 nömrəli tam orta məktəbində “8 noyabr- Zəfər Günü” ilə bağlı "Şanlı Zəfər tariximiz" mövzusunda tədbir keçirilib. Tədbir başlamamışdan öncə Dövlət Himni səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin ,rayon Təhsil sektorunun əməkdaşları, valideynlər, məktəb kollektivi və şagirdlər iştirak edib.
  Tədbirdə çıxış edənlər Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü barədə şagirdlərə ətraflı məlumat verib. Qeyd edilib ki, ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilmişdir. 44 günlük vətən müharibəsi haqqında geniş məlumat verilib. Bayram münasibəti ilə tədbir iştirakçıları təbrik edilib, sonra şagirdlərin hazırladıqları şeir və mahnı kompozisiyaları tədbir iştirakçılarına nümayiş edilib.
 
 
 
Keçidlər