Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli RİH başçısı Vətən müharibəsi qazisi ilə evində görüşüb

11 oktyabr 2022 | 16:51

     Bu gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev ll Vətən müharibəsi qazisi, rayonun Bəcirəvan kənd sakini Əmənov Amid Şamil oğlunu evində ziyarət edib. Görüş zamanı qazinin sağlamlığı və müalicəsi ilə maraqlanılıb. İcra başçısı Vətən qarşısında borcunu şərəflə yerinə yetirərək qəhrəmancasına şəhid olmuş və yaralanmış gənclərlə qürur duyulduğunu xüsusi qeyd edib. Həmçinin prezident cənab İlham Əliyevin şəhid ailələrinə və yaralılara göstərdiyi diqqət və qayğının hər bir azərbaycanlı üçün örnək olduğunu vurğulayıb. Qazi Amid Əmənov Füzuli, Cəbrayıl, Şuşa və Qubadlı istiqamətlərində gedən döyüş xatirələrindən söhbət açıb, ona göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib. Amid Əmənov döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Keçidlər