Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli rayonunda Beynəlxalq Qızlar Gününə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib

10 oktyabr 2022 | 10:21
   Oktyabrın 8-də 11 Oktyabr - Beynəlxalq Qızlar Gününə həsr olunmuş maarifləndirici kampaniya çərçivəsində növbəti tədbir İmişli rayonunda keçirilib. İnfotur zamanı “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri və könüllüləri tərəfindən sakinlərə qız övladlarının dəyəri, onların hərtərəfli inkişafı və səlahiyyətləndirilməsinin əhəmiyyəti barədə məlumatlar təqdim edilib, müxtəlif maarifləndirici materiallar paylanılıb, maraqlı müsabiqə və interaktiv oyunlar keçirilib. Həmçinin uşaqların səmərəli vaxt keçirməsi, qızların həvəsləndirilməsi məqsədilə təşkil edilən robotexnika və rəsm guşələri də ziyarətçilər, xüsusən də uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.
  Qeyd edək ki, Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) təşkilatçılığı ilə "Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan kampaniyanın məqsədi cəmiyyətdə qız uşaqlarının dəyərini təşviq etmək və onların öz potensiallarını reallaşdıra bilməsi üçün bərabər imkanların yaradılmasının əhəmiyyətini təbliğ etməkdir.
Keçidlər