Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli rayonunda abadlıq-quruculuq işləri daim diqqət mərkəzində saxlanılır

30 noyabr 2022 | 18:36
 İmişli rayonunda büdcədənkənar vəsait hesabına aparılan abadlıq-quruculuq işləri davam etdirilir. Belə ki, İmişli rayonuna Beyləqan və Biləsuvar rayonları istiqamətindən giriş hissədə milli memarlıq üslubunda giriş lövhələri inşa edilərək tikintisi başa çatdırılıb. Lövhələrin inşası zamanı müasir üzlük daşlarından və işıqlandırma sistemlərindən istifadə olunub. Bundan başqa İmişli şəhərinin T.İsmayılov və C.Dədəkişiyev küçələrindəki səkilərdə əhalinin gediş-gəlişinin rahatlaşdırılması məqsədilə aparılan yenidənqurma işləri yekunlaşdırılaraq sakinlərin istifadəsinə verilib. Səkilərin inşası zamanı beton bort daşlarından istifadə olunub, əlil arabaları üçün panduslar, eyni zamanda su ötürücü kanallar nəzərə alınıb.
  Hazırda İmişli şəhərinin 20 Yanvar və M.Əsədov küçələrinin səkilərində, həmçinin şəhərin Nizami Gəncəvi adına parkında yenidənqurma işləri aparılır.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər