Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin növbəti səyyar qəbulu keçirilib

21 iyun 2022 | 17:16

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin bu gün rayonun Ağaməmmədli kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilib. Xidməti təşkilatların rəhbərlərinin də iştirak etdiyi səyyar görüşdə əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Görüşdə çıxış edən icra başçısı prezident cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək, belə səyyar qəbulların davamlı olacağını bildirib. O, həmçinin ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu vurğulayıb.

Sonra qəbula gələn vətəndaşların qaldırdıqları müraciətlər dinlənilib. Müraciətlərin bir hissəsi yerində həll edilib, digər vacib məsələlərin həlli üçün isə əlaqədar qurum və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilərək həlli prosesi nəzarətə götürülüb.

Keçidlər