Şriftin ölçüsü :

Saytın rəngi :

Əliqulular və Ağaməmmədli kəndlərində şəhid ailələri yaşayan kənddaxili yollar asfaltlanıb

31 avqust 2022 | 10:36
  İmişli rayonunda Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan sakinlərin adlarının əbədiləşdirilməsi, onların əziz xatirəsini daim yaşatmaq, ailələrinə diqqət və qayğı göstərmək, problemlərinin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi xüsusi diqqətdə saxlanılır. Belə ki, görülən tədbirlər çərçivəsində torpaqlarımızın düşmən tapdağından azad olunmasında şücaət göstərərək Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Rəcəb İsmayılovun ailə üzvlərinin yaşadığı rayonun Əliqulular kəndində və Elnur Bəylərovun ailə üzvlərinin yaşadığı Ağaməmmədli kəndində kənddaxili yollar abadlaşdırılaraq 4500 kv.m yeni asfalt örtüyü salınıb. Sözügedən yollarda tikinti norma və standartlarına uyğun olaraq aparılan əsaslı təmir işləri tez bir zamanda yekunlaşdırılıb və bu yolla hərəkət zamanı yaranmış çətinliklər aradan qaldırılıb.
   Hazırda şəhid ailələrinin yaşadıqları ərazilərdə təmirsiz yolların asfaltlanması istiqamətində görülən işlər davam etdirilir.
Keçidlər