Şriftin ölçüsü :

Saytın rəngi :

Elçin Rzayev Vətən müharibəsi qazisini evində ziyarət edib

25 oktyabr 2022 | 12:53

     Bu gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Otuziki kəndində Vətən Müharibəsi qazisi Ağayev Eltac Mahir oğlunun evində olub. Eltac Ağayevlə görüşən icra başçısı qazinin səhhəti ilə maraqlanıb. Görüşdə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, bu qələbədə Silahlı Qüvvələrimizin, onun sıralarında döyüşən əsgər və zabitlərin şücaətindən, habelə bu gün ölkəmizdə şəhidlərimizin ailələrinə və qazilərə, eləcə də döyüşçülərə göstərilən dövlət qayğısından danışılıb. Qazimiz cəbhə xatirələrindən, şərəfli döyüş yolundan bəhs edib. İcra başçısı ailənin qayğıları ilə maraqlanıb, müraciət və təkliflərini dinləyib. Qazimiz və ailə üzvləri göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.  
     Xatırladaq ki, qəhrəman qazimiz döyüşlərdə göstərdiyi şücaətlərə görə “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” və “Vətən müharibəsi iştirakçısı“ medalları ilə təltif olunub.

Keçidlər