Şriftin ölçüsü :

Saytın rəngi :

Elçin Rzayev “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri ilə görüşüb

03 fevral 2023 | 12:57

     2 Fevral - Azərbaycan Gəncləri Günündə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev rayonun ictimai həyatında fəallıqları ilə seçilən “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri ilə görüşüb. İmişli rayon Heydər Əliyev Mərkəzində təşkil edilən görüşdə gənclər könüllü olaraq iştirak etdikləri layihə və tədbirlərdən, əldə etdikləri təcrübələrdən danışıblar. Onlar, həmçinin İmişli rayon gənclərinin şəxsi inkişafı və sosial aktivliyinin artırılmasında, asudə vaxtlarının səmərəli təşkilində faydalı olacaq layihə təklifləri səsləndiriblər. Gənclərin təşəbbüs və ideyalarını dinləyən Elçin Rzayev onlara öz tövsiyələrini çatdırıb, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Görüş müzakirə formatında davam edib.

Keçidlər